Səhiyyə naziri Oqtay Şirəliyev ƏMR İMZALADI

Səhiyyə naziri Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb. Unikal.org   xəbər verir ki, O.Şirəliyevin əmri ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi Fərəcov Cavanşir Bəşir oğlu vəzifəsindən azad olunub. Onun yerinə isə Salman Əliyev təyin olunub.Qeyd edək ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev işdən çıxarıldığı zaman Cavanşir Fərəcov bir günlük onun yerinə təyinat almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31