Daha bir jurnalist koronavirusa yoluxdu
27 İyul 2020 11:56 SosialJurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub. "Olaylar" xəbər verir ki, bu barədə onun oğlu bildirib. "Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib. Səlim Balayev bir sıra qəzetlərdə, elektron KİV-lərdə çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31