Qəbələdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkarlandı
Qəbələdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkarlandı
24 İyul 2020 15:17 SosialQəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31