Azərbaycanda ŞOK HADİSƏ - Yüksək vəzifəli şəxsin oğlu intihar etdi
24 İyul 2020 09:41 SosialAzərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsi Ramil Kazımovun intihar etməsi barədə məlumat vermişdik.
Publika.az-ın əldə etdiyi məlumata görə, həyatına qəsd edən tələbə vəzifəli şəxsin övladıdır.
Belə ki, R.Kazımovun atası prokurorluq orqanlarında yüksək vəzifədə çalışır.
Onun hansı şəraitdə, hansı səbəbdən özünü öldürməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31