Dövlət Vergi Xidmətindən hesabatlarla bağlı xəbərdarlıq
Dövlət Vergi Xidmətindən hesabatlarla bağlı xəbərdarlıq
23 İyul 2020 13:38 SosialAzərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi"ndə müvafiq düzəlişlər aparılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Olaylar"a verilən məlumata görə, artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür. Rəsmi məlumata görə, vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31