Yük avtomobilində mobil telefonlar aşkarlandı
22 İyul 2020 15:39 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməyən, qutusu və aksesuarları olmayan 5 ədəd "İPhone 11 Pro Max Midnight Green 256 GB" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31