Koronavirusa yoluxan jurnalistin vəziyyəti ağırlaşdı
22 İyul 2020 15:17 Sosialİctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi, jurnalist Vüqar Hüseynov feysbuk hesabında bildirib."Əmrah Fəqanoğlunun durumu təəssüf ki, çox pisləşib. Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı", V.Hüseynov söyləyib. .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31