Azərbaycana yaşamaq üçün gələnlərin sayı artıb
Azərbaycana yaşamaq üçün gələnlərin sayı artıb
22 İyul 2020 13:11 SosialBu il 701 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 701 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 349 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 352 nəfər təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31