Əbədi məhəbbət qazanan insan- Yunus Oğuz
22 İyul 2020 11:26 SosialYaxın və uzaq ətrafdakılarının rəğbət və məhəbbətini qazanmaq elə də asan məsələ deyil. Filosoflar hüsab edirlər ki, bunun az qismi taleyin köməyi, qalanı isə fərdin səyi hesabına qazanılır. Adətən düşünürlər ki, hörməti olan şəxs üçün məhəbbəti qazanmaq asandır. İltifat qazanmaq üçün isə xeyirxahlıq etmək lazım gəlir. Qətiyyətlə demək olar ki, sadalanan keyfiyyətləri özündə cəmləşdirən yazıçı-publisist Yunus Oğuz ətrafındakıların həm rəğbətini, həm də məhəbbətini qazanıb. Xeyirxahlığa gəldikdə isə bu onun daim həyat prinsipini təşkil edib. Yazıçı publisist, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun 60 yaşı tamam olur. Onun Azərbaycan dövlətinin və dövlətçiliyinin müdafiəsi və daha da güclənməsi sahəsindəki xidmətləri əvəzsisdir.
Yunus Oğuz tarixi romanlar müəlifi olmaqla ərsəyə gətirdiyi əsərlərində Azərbaycanın dövlətçilik tarixinə yeni bir baxış ortaya qoyub. Azərbaycanın tarixi şəxsiyyətlərini və dövlət xadimlərini cəmiyyətə olduğu kimi təqdim etməklə, gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə xeyli töhvə verib. Deyirlər, yaradıcı insanlar xalqın məhəbbətini qələmləri ilə qazanırlar. Lakin bu məhəbbət əbədi olur. Yunus bəy məhz bu əbədi məhəbbəti qazananlardandır.
Milli azadlıq hərəkatından başlayaraq, bu günə qədər daim dövlət və dövlətçiliyin müdafiəsi uğrunda mücadilə aparan Yunus bəyin çoxşaxəli fəaliyyətində müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması ali ideayalarından olub. Siyasi fəaliyyətində milli vəhdətə, milli birliyə, milli həmrəyliyə nail olmaq, iqtidar-xalq birliyinin bərqərar olmasına çalışmaq onun siyasi prinsiplərinin özəyini təşkil edib. Daim bütöv, güclü, demokratik və hüquqi dövlət qurmaq uğrunda mübarizədə öndə olub.
Dövləti, dövlətçiliyi sevən bir ictimai-siyasi xadim olaraq rəhbərlik etdiyi "Olaylar" adlı media orqanı da Vətən yolunda qələmi süngüyə çevirənlərdən olub. Müstəqi Azərbaycanın yaşıdı olan "Olaylar" media qrupu daim dövlətin keşiyində dayanıb. Fəaliyyətində müntəzəm olaraq dövlətçiliyə sadiq olan "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi bu gün də dövlətin media siyasətini əldə rəhbər tutaraq söz, ifadə və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən olunmuş siyasi xətti ardıcıl şəkildə davam etdirməkdədir.
Yunus bəyin kollektivə göstərdiyi diqqət və qayğı bu sahədə işçilər arasında ruh yüksəkliyinin artmasına stimul verir. 60 Yaşın mübarək, Yunus bəy!