Yunus Oğuz - Dövlət və dövlətçilik yolunda

Bu gün bizim üçün ikiqat bayramdır. Milli Mətbuat Günü ilə yanaşı, ölkənin ictimai siyasi həyatında fəal rol oynayan, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən, milli maraqları; dövlətçilik maraqlarını şəxsi maraqlardan hər zanan üstün tutan Milli Vəhdət Partiyasının sədri Yunus Oğuzun 60 yaşı tamam olur. Yunus Oğuz siyasət aləmində barmaqla sayılacaq partiya sədrlərindəndir ki, tez - tez düşərgə dəyişmir, siyasətə alver predmeti kimi baxmır. Elə buna görədir ki, dövlətçiliyimizə qənim kəsilənlər onu sevmirlər. Kimin sevib-sevməməsindən asılı olmayaraq isə Yunus Oğuz öz yolunu, dövlətə, dövlətçiliyə xidmət etmək yolunu davam etdirir. Bundan sonrakı yolunda da uğurlar arzulayıram, Yunus bəy. Yubiley yaşınız mübarək!

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31