Millət vəkili fəaliyyət dövrünə dair hesabat təqdim etdi

Millət vəkili Şahin Seyidzadə fəaliyyət dövrünə dair hesabat təqdim edib. "Olaylar" xəbər verir ki, bu barədə  50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə öz "Facebook" profilində paylaşım edib: "Artıq Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi 2020-ci ilin Yaz sessiyası və növbədənkənar iclaslar üzrəfə aliyyət dövrünü geridə qoyduq. Bu fəaliyyət dövrüdə ölkəmiz və dünya üçünmüəyyən qədər çətinliklər yaşanmışdır. "COVID-19" virusu ilə mübarizə, Azərbaycan sərhədində düşmən tərəfindən təxribat törədilməsi kimi hadisələrdə millibirlik göstərərək, nümunəvi addımlar atdıq. Koronavirus pandemiyasının hal-hazırda da davam etməsinə baxmayaraq, fəaliyyətimizin təşkili onlaynüsullar tətbiq edilməklə davam etdirilməkdədir.

Geridə qoyduğumuz müddət ərzində qanunvericilik, parlamentləraras ımünasibətlər, dövlət siyasətinin dəstəklənməsi, elm və təhsil, həmçinin gənclər vəidman kimi bir çox istiqamətdə işlər görülür. Eləcədə 50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərimiz tərəfindən ünvanlananmüraciətlərə əsasında müvafiq iş aparılmaqla, mütəmadi videoqəbullar həyata keçirilməkdədir. Həmçinin seçicilərlə işin təşkili zamanı hər zaman əhəmiyyət kəsb edən əlçatanlığın da davamlı olmasının təmin edilməsi istiqamətində işlər aparılaraq, ünsiyyət platformaları və vasitələri ilə əhatə dairəmiz genişləndirilmişdır.

Seçicilər tərəfindən daxil olan müraciətlər, keçirilən qəbullar, müraciətlər əsasında aparılan iş prosesi, parlamenti clasları, televiziya, KİV və informasiya portalları ilə iş barədə ətraflı göstəricələrin əks etdirən xülasəni https://seyidzade.az/hesabat vasitəsi ilə endirərək, tanış olmaq mümkündür. olabilərsiniz. Növbəti sessiya dövrünün başlamasına qədər olan müddətdə də seçicilərimizlə onlayn ünsiyyəti təmin etməyimiz üçün bütün vasitələrimiz daima aktivdir. Sözsüz ki, koronavirus pandemiyası bitdikdən və xüsusi karantin rejimi yekunlaşdıqdan sonra qəbullarımız canlı formada davam edəcəkdir.Telefon/WhatsApp/Telegram: 0506002550".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31