"Yunus Oğuz cəmiyyətimizdə Dövlətçilik bağlarının güclənməsinə xidmət edir"

Turan Araşdırma Mərkəzinin sədr müavini, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl qeyd edir ki, böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. - Əbu Turxan

"Yunus Oğuz, mənim üçün tanınmış jurnalist, yazıçı-publisist, tarixin qaranlıq - gizlin qatlarında uyuyan şanlı tariximizin səhifələrini gün işığına çıxararaq, insanlarımıza tarixi romanlarında çatdıran, milli kimliyimizi əsərlərində təbliğ edən Vətən oğludur.

Yunus Oğuz müasir dövlətimizin bərpasında fəal rol oynamış bir şəxsiyyət kimi çox yaxşı bilir ki, tarix təkçə arxada buraxdığımız illər deyil, tarix həm də öndən gəlir. O baxımdan, Yunus Oğuz daim,  müqəddəs amal uğrunda qələmilə "savaş" aparır və cəmiyyətimizdə Dövlətçilik bağlarının güclənməsinə xidmət edir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31