"Yunus Oğuz azərbaycanlı milli kimliyinin orijinal surəti və parlaq simasıdır"

Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı: "Müasir Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimini - həyatınızın ən əlamətdar günü - "doğum gününüz" və "60 illik yubileyiniz" münasibətilə səmimi duyğularla təbrik edir, sizə möhkəm cansağlığı, səadət və milli təfəkkürümüzün inkişafı yolundakı yaradıcılıq işlərinizdə müvəffəqiyyətlər diləyirəm. Siz fəaliyyətinizi Azərbaycan mətbuatının tərəqqisinə, dövlətin məlumat-informasiya siyasətinin təkmilləşdirilməsinə və xalqın maarifləndirilməsinə həsr etmisiniz. Siz vətənpərvərlik və qəhrəmanlıq obrazlarının yeni nümunələrini yaratmaqla tarixi irsimizin yaşadılmasına, zənginləşdirilməsinə, gələcək nəsillərə ötürülməsinə və ruh yüksəkliyinin yaradılmasına töhfə verirsiniz. Sizin Azərbaycan Respublikasının ictimai-siyasi mühitində milli vəhdətin əldə olunmasında xüsusi yeri və rolunuz vardır. Məhz bütün bunlar bugünkü həssas dövrdə milli təhlükəsizlik baxımından həyati vacib əhəmiyyət daşıyır. Sizin Vətənimizə səmərəli xidmətinizi bir cümlə ilə ifadə etsək, "Yunus Oğuz azərbaycanlı milli kimliyinin orijinal surəti və parlaq simasıdır" demək mümkündür. Bir sözlə, milli mətbuatın mövludu günündə dünyaya göz açmanız təsadüfi deyil, zərurətdən doğub və cani-könüldən seçdiyiniz peşəniz taleyin hökmüdür. Sizi bir daha təbrik edir, Sizə Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi - mətbuatının və ədəbiyyatının təşəkkülü və təkamülü naminə çarpışma və çalışmalarınızda yeni-yeni nailiyyətlər arzulayırıq. Doğum gününüz mübarək olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31