Kürdə batan yeniyetmənin meyiti tapılıb

Kürdə batan yeniyetmənin meyiti tapılıb

Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Hüseynov Teymur Məmməd oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a  verilən məlumata görə, T.Hüseynovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31