YENİ RÜTBƏN MÜBARƏK, CƏNAB GENERAL!

Aparıcı Nazilə Səfərlinin şəhid generalımız Polad Həşimovun anasının evinə kondinsioner göndərməsində təəccüblü heç nə yoxdu

Aparıcı Nazilə Səfərlinin şəhid generalımız Polad Həşimovun anasının evinə kondinsioner göndərməsində təəccüblü heç nə yoxdu. Belə görüb Nazilə Səfərli! Günü xınayaxdı məclislərində, toyda-filanda ( burda da qəbahət heç nə yoxdu. Hərə bir sahədə çalışır və hərə bir yolla evinə çörək aparır) keçən, verilişlərində qeybətdən başqa heç nədən danışmayan ( burda da xanım aparıcını qınaya bilmərik. Məşədi İbadın sözü olmasın, gəlini gətirəndə baxmazlarmı ki, kişidi, ya arvad? Nazilə Səfərli peşəkar xınayaxdı aparıcısıdır. Niyə aparıcı gətirib bərbad edirsiz? )bir adam başqa nə cür hərəkət edə bilərdi ki? Onu boş verin! Nazilə Səfərli bilməliydi ki, Polad kimi oğul doğub böyüdən ana kondinsioner səviyyəsinə düşməz! Şəhid balasının xatirəsini bir kondinsionerə (qiyməti neçə olursa olsun) satmaz! Bilmədi! Bilə bilməzdi...Amma bax şəhidimizin anası o kondinsioneri qaytarmaqla generalımızın rütbəsini general-polkovnikə yüksəltdi..Səmayə ana bu hərəkəti ilə oğlunun yolunda qurban getdiyi DÖVLƏTİNİN başını ucaltdı!

YENİ RÜTBƏN MÜBARƏK, CƏNAB GENERAL!

Gözün aydın, DÖVLƏT! Həm Polad kimi general oğullar doğan anaların, həm də o oğulların şəhadətindən sınmayan vətəndaşın var!

ƏLLƏRİNDƏN, GÖZLƏRİNDƏN ÖPÜRÜK, SƏMAYƏ ANA! QARŞINDA SƏCDƏ VƏ İTAƏT!

Fatma  Abbasquliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31