Azərbaycan xalqı əzmlə Ali Baş Komandanın əmrini gözləyir
20 İyul 2020 15:41 Sosial"Bugün dünya, Covid19 pandemiyası ilə mübarizə apardığı çətin bir dönəmdə, iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində Ermənistanın başlatdığı təxribat nəticəsində atəşkəs pozuldu. Şanlı ordumuz tərəfindən düşmənin ağır hərbi texnikası, istehkamları, müdafiə qurğuları darmadağın edilib. İşğalçılar çoxlu sayda itki verərək geri otuzdurulub. Ağır döyüşlər zamanı Azərbaycan tərəfi həmçinin itki ilə üzləşmişdir". Bunu "Olaylar"a deyən Nəsimi rayon sakini Leyla Cəfərova "Olaylar"a bildirilb ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhid ailələrinə baş sağlığı vermiş və onların acısının bütün Azərbaycan xalqının hüznü olduğunu bildirmişdir. O, hətda şəhid övladına zəng edərək başsağlığı verərək bildirmişdir ki, onların qanı yerdə qalmayacaq. Bunu törədənlərə qarşı ən sərt cəza tədbirləri görüləcəkdir: "Prezidentə inanaraq, minlərlə vətəndaş paytaxtımızın müxtəlif ərazilərində "Qarabağ!", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarlarını səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəstəyini bildiriblər. Bu da onun göstəricisidir ki, Azərbaycan xalqı dövlət başçısının yanında sıx birləşərək onun siyasətini bütünlüklə dəstəkləyir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyevin çıxışından sonra bir gün ərzində təqribi 4000-ə yaxın vətəndaş könüllü olaraq Səfərbərlik Xidmətində qeydə alındı. Bununla belə, təəsüflər olsun ki, bir qrup insan vətənpərvərlərin dövlətə və orduya dəstəyindən başqa məqsədlər üçün Azərbaycan əlehinə şüarlar səsləndirərək təxribatçı məqsədlərlə Azərbaycan xalqının rifahını pozmağa çalışmışlar. Lakin, Azərbaycan xalqı bir daha dövlət və xalq vəhdətini göstərərək, öz qətiyyətini ortaya qoymuş və xarici maraqlara söykənmiş qrupların arzularını ürəklərində qoymuşdur. Biz Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, onun suverenliyinin, təhlükəsizliyinin təmin olunması və erməni daşnaqlarının Azərbaycan xalqına yönəlmiş iyrənc siyasətinin qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyir və dövlətə qarşı xəyanət edənləri şiddətlə qınayırıq. Son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan xalqı əzmlə, qətiyyətlə Ali Baş Komandanın yanındadır və hər an Azərbaycanın ərazi bütövlüyü uğrunda əmrləri icra etməyə hazırdır".