Daşkəsəndə qadın intihar edib

Daşkəsən rayonunda 24 yaşlı qadın intihar edib. "Olaylar" xəbər verir ki, rayonun Gurbulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qasımova İlkanə Maarif qızı yaşadığı evin yataq otağında tavandan özünü asaraq intihar edib. Hadisə iyul ayının 19-da, saat 18:00 radələrində qeydə alınıb və həmin vaxt evdə heç kim olmayıb. İntiharın səbəbi olaraq, ailədaxili münaqişə əsas gətirilir. Qeyd edək ki, 24 yaşlı qadının 5 yaşında bir qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31