İlham Rəhimov şəhidin oğlunu övladlığa götürdü

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından 7 gün keçir.

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, bunun mexanizmi müzakirə edilib.Həmçinin Rauf Arifoğlu bildirib ki, İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31