Tanınmış müğənninin oğlu faciəvi şəkildə vəfat etdi - FOTO

Tanınmış müğənni İbrahim Borçalının oğlu faciəvi şəkildə vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, müğənninin oğlu Rəhim Marneuli rayonunda yerləşən Şüləver kəndində qəzaya düşüb.

Gəncin qəzaya düşdüyü avtomobildə onun qonşularının da olduğu bildirilir.

Allah rəhmət eləsin!

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31