Aygün Kazımova da hərbi xidmətə yazıldı - Foto
18 İyul 2020 13:12 SosialXalq artisti Aygün Kazımova könüllü olaraq hərbi xidmətə getmək üçün müraciət edib.
Bu haqda sosial şəbəkədə Hacı Nuran məlumat yayıb:
"Ölkənin yalnız igid oğulları deyil, qızları da hərbi komissarlığa gedir, könüllü kimi cəbhəyə getmək istəyənlərin siyahısına düşürlər. Hətta xalq artisti Aygün Ələsgər qızı Kazımova da hərbi paltar geyinib, əlinə silah götürmək üçün bu gün mənimlə birgə hərbi komissarlığa müraciət etdi".


teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31