Deputatlar şəhid generalın məzarını ziyarət ediblər

Milli Məclisin bir qrup deputatı II Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib. "Olaylar" xəbər verir ki, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar - Soltan Məmmədov, Elnur Allahverdiyev, Razi Nurullayev, Müşfiq İskəndərov, Rüfət Quliyev, Məşhur Məmmədov şəhid hərbçilərimizin məzarı önünə əklil qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31