"Kəndimizin bütün sakinləri qətiyyətli siyasətinizi dəstəkləyir"-PREZİDENTƏ YAZIRLAR
17 İyul 2020 21:19 Sosial"Sizin qətiyyətli çıxışlarınızda Böyük Qələbənin işartılarını, işığını görürük. Əminik ki, bu günlər yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar.
Kəndimizin bütün sakinləri qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğunu bildirir, döyüş əmrinizi gözləyir". Bu sözləri Saatlı rayonunun Mollavəzili kəndindən Ağayev Mirzəka İlham oğlu və Bədəlov Rövşən Şamil oğlu Prezident İlham Əliyevə etdikləri müraciətdə bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31