“Dərslər sentyabrın 15-də başlamaya bilər” - Məleykə Abbaszadə
17 İyul 2020 15:44 SosialBu ali məktəbə qəbul olanlar üçün dərslər sentyabrın 15-dən başlamaya bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu tarixə qədər ali məktəblərə qəbulun birinci mərhələsi başa çatsa da, boş qalan yerlərə yerləşdirmə bir müddət çəkə bilər.
"Magistraturaya qəbul prosesini sentyabrın 15-ə qədər bitirəcəyik. Həmçinin orta ixtisas məktəblərinə qəbul olmaq istəyən 9-cu siniflərin də qeydiyyatı bu tarixə qədər yekunlaşacaq və onlar dərslərə başlaya biləcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31