Şəhid qızından ürək dağlayan SÖZLƏR: Üstünə ata deyib qaçanda anladım ki... - FOTO

"Bir az uzun yazacam... Çünkü günlərdi yaza bilmirdim, bir neçə gün öncə yenidən dönüb 1 yaşında uşaq olmuşdum. Yenə o qorxu, yenə göz yaşları, yenə içimdə ki o boşluq... Uşaq qanmır? Başa düşmür? Mən başa düşürdüm... Əsasda hər əsgər formasında adam görəndə, üstünə ata deyib qaçanda başa düşürdüm ki, atam yoxdu, amma formaya belə sarılmaq təsəlli verirdi".

Bu sözləri əməkdar artist Aybəniz Haşımova və Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan şəhid Xalid Quliyevin qızı Aynişan Quliyeva instaqramda yazıb. Atasını körpə yaşlarından itirən bloger qorxu və narahatlığını dilə gətirib:

"Necə böyüdüm? Qaranlıq... Uşaqlığım qaranlıq və rəngsiz idi... Hər gecə yuxuya gedəndə səhəri açmamağı arzu edib yatırdım. Bəli bunu arzu edən yaşlının 5 yaşı var idi. Dözə bilmirdim. Anamı daim yataqda xəstə görməyə, təkliyə... Vaxtımdan tez böyüməyimə.

Ölmədim.Yaşadım. Birlikdə böyüdük anamla, amma artıq çətin gəlmirdi həyat, zamansız yaşantılar insanı güclü edirmiş.

Və o gün...yenə dünyam dağıldı. Anama zəng edib qorxuram dedim, o mənə bizim kişilərimiz ölməyib ki, qadınlarımız qorxsun dedi... Yenidən hər şeyi ən başdan yaşamaqdan qorxuram. Bu bir uşaqlıq travmasıdı. Bu elə bir travmadı ki, əsla düzəlməyəcək.

Və günlərdi şəhidlərimizin balalarının video və fotolarına baxıram... İnanırsız hər baxanda onlara ağlayıram. Onların ağır talelərinə ağlayıram... Hələ necə günlər yaşayacağından bixəbər olmaqlarına ağlayıram. Bir müddət sonra baş-başa qalıb kimsənin yadına belə düşməyəcəkləri üçün ağlayıram.

Allahdan bütün şəhidlərimizə bütün gəlbimlə rəhmət diləyirəm. Amma onların ruhu övladlarının üzü güləndə, birdə torpaqlarımız qeri qayıdanda rahat olacaq. Hər ikisi çox çətin işdi. Birlik olsaq, şəhidlərimizə və onların ailəsinə sahib çıxsaq bacararıq. O ki qaldı sülhə... İnanmıram ki sülh olsun. Heç kim rahatlıqla torpaqlarımızı qeri verməz. Müharibə olmalıdır.

Amma mən yenədə bunları və gələcəkdə yaşayanacaqları düşünüb vətənim üçün, xalqım üçün ağlayıram!"

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31