Uğurli kadr təyinatı

Politoloq: "Ceyhun Bayramov diplomatiya tariximizə yeni səhifələr yazacaq"

"Azərbaycan Respublikası Prezidentinin Ceyhun Bayramovu Xarici İşlər Naziri təyin olunması ilə bağlı verdiyi sərəncam Respublikamızda həqiqətən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Kütləvi informasiya vasitələri və mütəxəssislər  bu təyinatı son illərin ən uğurlu seçimi  kimi qiymətləndirirlər". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, bunun da bir çox səbəbi var: "Birincisi, Ceyhun müəllim respublikamızda bacarıqlı təşkilatçı və rəhbər kimi özünü sübut etmiş gənc kadrdır. Təhsil Nazirliyi strukturunda və nazir vəzifəsində  çalışdığı müddətdə köklü dəyişikliyə nail ola bildi və respublika rəhbərliyinin islahtçı kadrları siyahisinə düşdü. İkincisi, beynəlxalq aləmdə və respublikamız ətrafında baş verən qızğın hadisələr fonunda da məhz Ceyhun müəllim kimi enerjili, savadlı, vətənpərvər kadr bu vəzifənin öhdəsindən gələ bilərdi. Üçüncüsü, Ceyhun müəllim cavan nəslin nümayəndəsi olmaqla yanaşı yetərincə diplomatik təcrübəyə malik bir mütəxəssisdir. Onunla təhsil naziri olmamışdan qabaq görüşlərin birində tanış olmuşdum. Bu görüşdə Ceyhun müəllimin beynəlxalq münasibətlərdə baş verən hadisələrə verdiyi qiymət məni valeh etmişdi. Uzun müddət beynəlxalq münasibətlərin tədrisi ilə məşğul olan bir mütəxəssis kimi qeyd edə bilərəm ki, Ceyhun Bayramov diplomatiya tariximizə yeni səhifələr yazacaq".

Onun sözlərinə görə, təbii ki, Ceyhun müəllimin təyinatını müsbət qarşılamayanlar ola bilər: "Belə adamlar ya o vəzifədə gözü olanlardır, yaxud diplomatiya sahəsindən uzaq olan şəxslərdir. Bu şəxslərə məsləhətim budur ki, Elmar Məmmədyarovu unutmasınlar və onun nazir kimi fəaliyyətinə nəzər salsınlar. Mən isə bu iki şəxsi müqayisə etməkdən çox-çox uzağam. Çunki bu iki şəxs müqayisəedilməz dərəcədə fərqlidirlər. Çox qısa zamanda biz diplomatiya sahəsində bu fərqi hiss edəcəyik. Azərbaycanın qazandığı diplomatik uğurlar fonunda.  Gəlin hamılıqla yeni, gənc Xarici İşlər Nazirimizə uğurlar diləyək və respublika rəhbərliyinə bu uğurlu seçimə görə minnətdarlıq edək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31