“Əsgərə Məktub” layihəsi davam edir

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi  hazırki vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq.

Olaylar.az bildirir ki, layihə ilə bağlı "ASAN xidmət" mərkəzlərinin könüllüləri  və xidmət üçün  müraciət edən vətəndaşlarımız tərəfindən Vətənimizin keşiyində duran mərd əsgərlərimizə 1000 - dən çox məktub ünvanlanıb. 

ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töfhə olacağına inanırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31