İcra başçısı oğlunun toyu ilə bağlı xəbərdən danışdı
17 İyul 2020 11:26 SosialÖtən gün bəzi xəbər resurslarında Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitində toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb.
Məsələyə münasibət bildirən Vidadi İsayev bunun həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirdi:
"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər". /Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31