Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib

İyulun 16-da Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Məclisinin onlayn  iclası keçirilib. İclasa AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.

S. Möhbalıyevin təklifi ilə Ermənistan silahlı qüvvələrinə qarşı Tovuz istiqamətində gedən döyüşlərdə  şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra S. Möhbalıyev Məclis  üzvlərinə Həmkarlar İttifaqının sədri işləmiş Etibar Əliyevin vəfatı ilə əlaqədar yeni sədrin seçilməsilə bağlı məlumat verib. AHİK sədri uzun illər  təşkilata rəhbərlik etmiş Etibar Əliyevin fəaliyyəti  haqqında  danışıb.

Məclisin  yekdil qərarı ilə əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Həmkarlar  İttifatı sistemində məsul vəzifələrdə işləmiş Hüseyn Qubad oğlu Kərimov Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31