İyul ayının bütün pensiya ödənişləri başa çatdırıldı
16 İyul 2020 15:19 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Nazilikdən "Olaylar"a bildirilib ki, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayı üçün pensiyalar ödənilib. Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını qəbul edə bilər, bu zaman hər hansı faiz tutulmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31