Eyvandan yıxılan uşaq dünyasını dəyişib

Bakıda azyaşlı evin eyvanından yıxılaraq ölüb. Məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, L. İmanov küçəsində baş verib. Həmin küçədə yerləşən mənzillərdən birində yaşayan, 2018-ci il təvəllüdlü M.Muradov eyvandan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31