Cəsarət Hüseynzadə - Şəraitə uyğun qərarların qəbul olunması vacibdir
“Hökumət tərəfindən mart və aprel aylarında tətbiq edilən sərt karatın qaydaları müsbət nəticələr vermişdi. Amma bütün hallarda hökumət psixoloji gərginlikləri götürmək və iqtisadı fəallığı bərba etmək üçün məcburi yumşalma addımların atmaq məcburiyyətində qaldı. Bu addımı təkcə Azərbaycan atılmadı. Demək olar ki, bütün ölkələrdə eyni qərarlar qəbul edildi. Çünki alterativ variant yoxdur. Vaksin və dərmanlar tapılmayıb. Pandemiya ilə mübarizədə yeganə çıxış yolu, qorunma metodudur.” Bu fikirləri Olaylar.az-a İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə aşıqlamasında bildirib.
19 İyun 2020 16:49 Sosial"Hökumət tərəfindən mart və aprel aylarında tətbiq edilən sərt karatın qaydaları müsbət nəticələr vermişdi. Amma bütün hallarda hökumət psixoloji gərginlikləri götürmək və iqtisadı fəallığı bərba etmək üçün məcburi yumşalma addımların atmaq məcburiyyətində qaldı. Bu addımı təkcə Azərbaycan atılmadı. Demək olar ki, bütün ölkələrdə eyni qərarlar qəbul edildi. Çünki alterativ variant yoxdur. Vaksin və dərmanlar tapılmayıb. Pandemiya ilə mübarizədə yeganə çıxış yolu, qorunma metodudur." Bu fikirləri Olaylar.az-a İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə aşıqlamasında bildirib.
Cəsarət Hüseynzadə bildirib ki, karantin dövründə aparılan maarifləndirmə işləri nəzərə alaraq, ümid var idi ki, əhali yumuşalmanı düzgün qiymətləndirməklə, koronovirusdan qorunmaq üçün sosial məsafə və maskadan istifadə etməklə prosesin idarə olunasına öz tövhəsini verəcək:
"Xüsusən ad günləri, yas mərasimləri ilə bağlı ciddi siqnal daxil oldu ki, bu tip tədbirlərin gizli olaraq, kiçik formatda keçirilməsi nəticəsində də xeyli yoluxma halları baş verib. Təəssüf olsun ki, bəzi vətəndaşlar maskadan cərimədən qorumaq üçün istifadə edir. Nəzarət olunduğu yerlərdə bu maskadan istifadə edir, nəzarət olunmayan yerdə isə istifadə etmir. Məsələn, vətəndaş metronun girişindən keçərkən maskadan istifadə edir, lakin platforma və qatarda bunu etmir. Bu çox narahatedici məqamdır. Artıq polislər məcbur olur ki, hərəkətdə olan qatarda da nəzarət həyata keçirsin. Halbuki ki, qapalı məkanlarda maskadan istifadə etməmək qanun pozuntusudur və müvafiq olaraq cərimə tətbiqinin nəzərdə tutur. Polis isə vətəndaşlardan maskanın taxılmasın xahiş edir. Bütün ölkələr ilə müqayisədə biz də cərimələr ən aşağı səviyyədədir. Qonşu ölkələrdə qaydaların pozulmasına görə cərimələr 600-1800 manat civarındadır. Əlbəttə məqsəd əhalini cərimələmək deyil, vətəndaşlarda məsuliyyəti artırmaqdır. Hesab edirəm ki, karatın rejiminin yumşaldılması dövründə cəmiyyət olaraq, qaydalara tam riayət etməməklə vəziyyəti bir qədər gərginləşdirdik. Hökumət də bəlkə daha sərt addımlar atmalı idi. Həm cərimələr ilə bağlı, həm nəqliyyatdakı sıxlıqla bağlı müvafiq tədbirlər görülməli idi."
İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə vurğulayır ki, dövlət vətəndaşları qarşında məsuliyyətindən çıxış edərək, COVİD 19-la bağlı vəziyyətin idarə olunmaz hala gəlməməsi üçün müvafiq addımlar atır:
"Məhz yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiqi bu qəbuldan olan tədbirlərdən ən birincisidir. Vətəndaş özünü qorumursa, digərlərinin həyatı üçün, o cümlədən cəmiyyət üçün təhlükə yaradırsa, bu zaman dövlət məcburi tədbirlərə əl atmalıdır. Azərbaycanda koronovirusa yoluxma hallarının sayı və virusdan ölüm sayları əhalisi bizim qədər olan ölkələr ilə müqayisədə alt səviyyədədir. Eyni zamanda inkişaf etmiş ölkələr ilə müqayisədə hər 1 milyon nəfər yoluxma və ölüm halları bizdə aşağı səviyyədədir. Lakin bütün bu müsbət müqayisələrə rəğmən, COVİD 19-un həndəsi silsilə ilə artması önləyici addımların artmasın tələb edir. Bir qədər yumuşalma nəticəsində rəqəmlər 100-dən 300-ə qalxdı. İndiki dövrdə yoluxmanın 350 civarında olması da müəyyən mənada qabaqlayıcı tədbirlərin görülməsi nəticəsindədir. Lakin narahatedici məqam sağalma prosesinin uzanmasıdır. İlk mərhələdə sağalma müddəti 7-14 gün idisə, artıq virusun mutasiya uğraması və ya digər tibbi səbəblərdən sağalmalar ilk 7 gün ərzində baş vermir. Bu da tibb müəssisələri və personalı üçün əlavə gərginlik yarada bilər."
Cəsarət Hüseynzadə bildirir ki, hazır ki, şəraitdə COVİD 19-un tam öyrənilməməsi də, ona qarşı mübarizədə vahid strategiyanı ortaya qoymaqda çətinlik yaradır:
"Bu səbəbdən, şəraitə uyğun qərarların qəbul olunması vacibdir. Hesab edirəm 2 həftəlik karantin rejiminin sərtləşdirlməsi ilə bağlı qərar da bu qəbilən olan addımdır. Sözsüz ki, artıq dövlət tərəfindən dəstək proqramların həyata keçirilməsi ilə bağlı ilkin məlumatlar var. Bu addımlar da pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanının qismən aradan qaldırılmasına xidmət edir."
Ay An