Uşaqlar üçün maarifləndirici material hazırlanır - COVID-19 la bağlı
16 Aprel 2020 15:28 SosialYeni növ koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə hazırlananan materiallarda uşaqlara evdə qalmağın vacibliyi izah olunur, immun sisteminin möhkəmləndirilməsi, düzgün qidalanma, ev şəraitində fiziki aktiv olmaq, onlayn tədris layihələrinə qoşularaq dərslərini hazırlamaq və digər mövzular üzrə tövsiyələr yer alıb. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, pandemiya dövründə körpələrini ana südü ilə qidalandıran anaların zəruri gigiyena qaydalarına riayət etməsi, usaqların (0-2 yaş arasında) erkən inkişafı, eyni zamanda uşaq və valideynlərdə təşvişin aradan qaldırılması, stressin idarə olunması üzrə məlumatlar da maarifləndirici vərəqələrdə əhalinin diqqətinə çatdırılır. Bu mövzularda həmçinin sosial şəbəkələrdə müntəzəm olaraq maarifləndirici materialların paylaşılması, həmçinin qısa video-çarxın hazırlanması həyata keçiriləcək. Hazırlanan materiallara əhalinin əlçatanlığının təmin olunması məqsədi ilə onlar www.isim.az saytında yaradılan Koronavirus haqqında məlumat bölümündə yerləşdiriləcək.