Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ: Vəziyyət...
15 Aprel 2020 18:59 SosialBu gün 56 yoluxma faktı qeydə alınıb. 53 nəfər müalicə olunub, sağalaraq evə buraxılıb.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ qərərgahın brifinqində deyib: "Artıq vəziyyət yaxşılığa doğru gedir. Bu gün 836 aktiv koronavirus xəstəsi xüsusi karantin xəstəxanalarında müalicə olunur. Karantin rejiminin tətbiqi müsbət nəticələr verir. 2 həftə ərzində nəticələr dəyişib".
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, bu gün 3661 test tətbiq olunub. Bu günədək 1256 nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb: "Xəstələrdən 17 nəfəri reanimasiyadadır. Onlardan 6 nəfəri süni nəfəs aparatına qoşulub. Kişilərdə qadınlarla müqayisədə yoluxma üstünlük təşkil edir. Aprelin 5-dən etibarən yoluxma hallarında azalma müşahidə edilir. Əgər bu cür davam edəcəksə, növbəti karantin müddətində ümidverici nəticələr gözləyirik. Sağalma hazırda 25 faizidir. Əhalinin karantin rejiminə əməl etməsi ən mühüm faktordur.