Gənclər qan verdi

Koronasvirus pandemiyasının dünyada sürətlə yatıldığı bir vaxtda talassemiyalı xəstələrin qan çatışmamazlığı ilə üzləşməməsi, həmçinin, cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədi ilə bu gün Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qan vermə aksiyası keçirilib. "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən verilən məlumata görə, nazir Azad Rəhimov, mədəniyyət naziri Əbülfəz Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə bərabər,  KATV, İdman Jurnalistləri Federasiyasının (İJF) da nümayəndələri də qatılıb.

Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda gerçəkləşən aksiyada  ümumilikdə 150-dən çox insan iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31