"Həyatı sev" beynəlxalq xeyriyyə layihəsi başladı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının dəstəyi ilə "AFFFAİR" brendinin rəhbəri, məhşur moda dizayneri Rüfət İsmayıl ölkəmizdə koronavirus pandemiyasına qarşı olan mübarizəyə qoşulmaq məqsədilə yeni "LoveLife" adlı aksiyaya start verir.

Olaylar.az bildirir ki, aksiya çərçivəsində Rüfət İsmayıl tərəfindən xüsusi şəkildə dizayn edilmiş və məhdud sayda hazırlanmış köynəklər (T-shirt) satışa buraxılacaq. Köynəklərin satışından əldə olunacaq gəlir "Koronavirusla Mübarizəyə Dəstək Fonduna" bağışlanacaqdır.

Bundan əlavə vətəndaşlar bu köynəkləri əldə edərək aksiyaya qoşula bilərlər.

Bunun üçün üzərində köynək ilə foto çəkdirib, #love #life #blessed hashtag-lərindən istifadə edərək Instagram səhifəsində paylaşmaq;

Daha sonra bu fotonu "AFFFAİR" təşkilatına göndərmək kifayətdir;

Öz növbəsində təşkilat göndərilmiş fotolardan istifadə edərək xüsusi fleşmob düzəldib öz rəsmi saytında yerləşdirəcəkdir.

Qeyd edək ki, aksiya ilə bağlı əlavə məlumatları layihə üçün xüsusi yaradılmış veb səhifədən (https://www.lovelife.az/az/) əldə edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31