Bəzi anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar- RƏY

Millət vəkili: "Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir"

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkənin dinamik inkişafını təmin edib. Artıq qətiyyətlə demək olar ki, ölkədə dayanıqlı inkişaf modeil təmin edilib. Hətta Azərbaycanın valyuta ehtiyatları imkan verir ki, iqtisadi tənəzzülə məruz qalmış ölkələrə maliyyə yardımı etsin. Koronavirus pandemiyasının təsirinə tuş gəlmiş ölkələrə edilən maddi dəstəklər fikrimizi bir daha təsdiq etmiş olur. Başqa sözlə, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində nəinki iqtisadiyyatın immunitenti gücləndirilib, hətta əhalinin maddi rifah halının yüksəlməsi təmin edilib. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri-neft sektorunda təxminən 7 faizə yaxın artım qeydə alınıb.  Qeyri-neft sənaye sektorunda artım 23 faiz təşkil edib. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. Sevindirici haldır ki, ölkədə infilyasiyanın səviyyəsi 3 faizə evib, əhalinin gəlirləri isə 7 faizə çatıb. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. Sadalanan falktlar deməyə əsas verir ki, ilin sonuna qədər ölkədə sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Ölkədə orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, sözün həqiqi mənasında bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verib. Təsadüfi deyil ki, Azərbaycanda orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxın olub.

Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda qeyd edib ki, 2020-ci il uğurla başlamışdır: "İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər".

Lakin buna baxmayaraq ölkəmizin inkişafından "mənəvə əziyyət çəkən" bəzi qüvvələr sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı heç bir iqtisadi əsası olmayan fikirlər səsləndirilər. Millət vəkili Sahib Alıyev qeyd edib ki, mart ayında bu hallar daha çox idi, amma indinin özündə də sosial şəbəkədə tez-tez manatın məzənnəsiylə bağlı sullar verilir: "Mənə elə gəlir ki, cənab Prezidentin bugünkü açıqlamasından sonra bir daha belə suallara ehtiyac yaranmayacaq: "Mən ictimaiyyətin diqqətini bir məsələyə də çəkmək və öz sözümü bildirmək istəyirəm. Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, - xüsusilə qonşu ölkələr nəzərdə tutulur, - o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki buna heç bir ehtiyac yoxdur. Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin. İndi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur. Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31