Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırıb
15 Aprel 2020 11:57 SosialAprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.Qeyd edək ki, hasarı aşan evdə hal-hazırda yaşayış yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31