«Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq”- ŞƏRH

İlham Əliyev: "Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib"

Müstəqllik əldə etdikdən sonra ölkəsə siyasi islahatlara atart verən Azərbaycan zamanın tələbinə uyğun olaraq bu gün də islahatları davam etdirməkdədir. Ölkədə həyata keçirilən islahatlar, siyasi institutların inkişafı üçün yaradılan imkanlar deməyə əsas verir ki, Prezident İlham Əliyev sözügedən prosesin daha da genişlənməsində maraqlıdır. Milli Məclisə keçirilən sonuncu seçki, parlament sədarətinin və komitələrin formalaşdırılması, siyasi partiyalarla dialoqun təşkili dediklərimizi bir daha sübut etmiş olur. O da bəllidir ki, ölkənin inkişafı, dünyada söz sahibinə çevrilməsi üçün təkcə sosial və iqtisadi islahatlar kifayət etmir. Həm də elə siyasi islahatlar aparılmalıdır ki, iqtidar və xalq birliyi xaricdən idxal edilən siyasi və iqtisadi təsirləri dəf edə bilsin. Etiraf edilməlidir ki, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar inkişaf etmiş xarici ölkələrlə yanaşı mötəbər beynəlxalq təşkilatların da Azərbaycanla hesablaşmasını təmin edib. İstisna olunmur ki, bu islahatlar davamlı olacaq. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Nəinki beynəlxalq alımdı baş verən siyasi çaxnaşmalar, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin hələ də işğal altında qalması, eləcə də koronavirus pandemiyası bir daha göstərdi ki, yalnız və yalnız siyasi və iqtisadi islahatlar paralel aparılarkən böyük uğurlar əldə oluna bilər. Sirr deyil ki, hazırda aparılan islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyub. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur.Paralel olaraq yerli icra orqanlarında kadr islahatları aparılır, xoşagəlməz hallara qarşı ciddi mübarizə tədbirləri görülür.

Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda qeyd edib ki, əsas məqsəd bütün siyasi qüvvələr tərəfindən dövlətçilik və müstəqillik prinsiplərinin rəhbər tutulmasını ehtiva edən siyasi sistemin yaradılmasıdır: "Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi. Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir".

Etiraf edilməlidir ki, indiki şəraitdə siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur. Heç şübhəsiz ki, bu halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Millət vəkili Fazil Mustafa qeyd edib ki, ölkə prezidentinin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda koronaviris bəlasının tüğyan etdiyi bir dövrdə olduqca optimist və gələcək islahatların istiqamətlərini müəyyənləşdirən çox ciddi fikirlər səsləndirildi. Burada ölkə başçısı ilk öncə islahatların bütün maneələrə baxmayaraq davam etdiriləcəyini və bunun ağırlıqlı olaraq iqtisadi-sosial və siyasi sahələrdə daha qətiyyətlə aparılacağını bildirdi:  "Əlbəttə, indiki şərtlərdə pandemiyanın ölkənin sosial-iqtisadi həyatını əngəllədiyi və cəmiyyətin hər bir üzvünün ağır sarsıntı keçirdiyi bir vəziyyətdə ölkə prezidentinin inamlı və aydın mesajları insanlarımızın gələcəyə daha ümidlə baxması üçün olduqca vacib əhəmiyyət kəsb edir. Prezident haqlı olaraq vurğuladı ki, pandemiyanın ən böyük zərbəsi məhz 2018-ci ildən daha əhatəli şəkildə gerçəkləşdirilən islahatlar prosesinə dəydi,  ölkənin iqtisadi resurslarını insanların təhlükəsizliyini qorumaq üçün səfərbər almağa məcbur olduq. Həm də bu onu göstərdi ki, Azərbaycan dövləti üçün ən böyük dəyər məhz Azərbaycan vətəndaşıdır, onun sağlamlığı və rifahıdır. Siyasi islahatlarla bağlı Milli Məclisdə baş verən dəyişikliklərin əhəmiyyətini vurğulayan ölkə başçısı, tarixdə ilk dəfə parlament rəhbərliyində, komitələrdə müxalifət təmsilçilərinin yer almasının ölkədə partiya demokratiyasının inkişafına müsbət təsir göstətəcəyinə inamını bildirdi". Onun sözlərinə görə, dövlət başçısının çıxışında ən diqqətəlayiq məqamlardan biri prezidentin müxalifət anlayışına açıq və konseptual münasibət sərgiləməyi idi: "Fikrimcə, prezidentin çağırışının qısa özətini bu cür qeyd etmək olar: müxalifət öz görüşlərini, tənqidi mövqeyini bütün müstəvilərdə açıq şəkildə ortaya qoymalı, alternativ layihələr təqdim etməli və dövlətin məsuliyyətini iqtidarla birlikdə bölüşməlidir. Prezident haqlı olaraq hakimiyyətə müxalifətlə dövlətə müxalifətin fərqini açıq şəkildə bildirdi. Konsruktiv müxalifətçilik məhz hakimiyyətlə öz fərqli fikirləri və tənqidləri ilə mübarizə aparır, lakin müstəqillik və dövlətçilik məsələsində səylərini birləşdirə bilirlər. Bu müxalifət həm də hakimiyyətin dialoq çağırışına da məhz dövlətçilik prizmasından yanaşaraq müsbət reaksiya verir. Yalnız hakimiyyətə deyil, həm də dövlətə müxalif olan müxalifət dialoqdan imtina etməklə düşmən mövqeyi sərgiləyir. Bu əslində prezedent tərəfindən Azərbaycanda iqtidarla dövlətçi və sağlam müxalifət arasında yeni formatda münasibətlərin qurulmasının zərurətinin diqqət mərkəzinə gətirilməsi idi. Bu çıxış onu göstərdi ki, pandemiyadan sonra ölkədə iqtisadi-sosial münasibətlərin və buna müvafiq olaraq da siyasi münasibətlərin yeni modelinin qurulması qaçınılmaz zərurətdir və bu demokratikləşmə prosesi ölkədə partiya demokratiyasının da inkişafına təkan verəcəkdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31