"Dünyada ortaq Türk mirası" adlı seminar keçirilib
15 Aprel 2020 11:01 SosialBeynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirilib.
Olaylar.az bildirir ki, "Dünyada ortaq Türk mirası" adlı seminarda qədim Türk-islam abidələrindən, eləcə də Monqolustanda yerləşən Göytürk abidələri haqqında danışılıb.
Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlillinin moderatorluğu ilə keçirilən seminarda Gürcüstandan "Salam" platformasının rəhbəri Elnur Əlisoy, Monqolustan Elm və Texnologiya İqtisad Universitetinin əməkdaşı Adil Yılmaz məruzələrlə çıxış ediblər. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31