Dünyanın gözlədiyi xəbər: Çin koronavirus peyvəndini ilk dəfə insan üzərində sınaqdan keçirdi
14 Aprel 2020 20:51 SosialÇinin Uhan şəhərində koronavirusa qarşı peyvəndin 2-ci sınaq mərhələsinə başlanılıb.
Publika.az xəbər verir ki, ilk testlərdən uğurla çıxan peyvənd, ikinci mərhələdə ilk dəfə 84 yaşlı şəxs üzərində sınaqdan keçirilib. Məlumata görə, sınaqlar hərbi mütəxəssislər tərəfindən həyata keçirilir. Bildirilir ki, sınaq mərhələsində indiyə qədər ümumilikdə 500 könüllüdən istifadə edilib. Mütəxəssislər bildirir ki, testin ikinci mərhələsində daha çox vaxta və könüllüyə ehtiyac var.
Hakim dairələr digər peyvəndlər üzərində də testlərin davam etdiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31