117 milyondan çox uşağın sağlamlığı təhlükədədir
14 Aprel 2020 17:23 SosialDünyanın 24 ölkəsində koronavirus pandemiyası ilə əlaqədar qızılca peyvəndinin vurulması təxirə salınıb.
Olaylar.az bildirir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.
Bildirilib ki, peyvəndlərin ertələnməsi 117 milyondan çox uşağa təsir edə bilər.
Həmçinin vurğulanıb ki, qızılca peyvəndinin 50 ildir mövcud olmasına baxmayaraq, sadəcə, 2018-ci ildə 140 mindən çox, əsasən, azyaşlı bu xəstəliyin qurbanı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31