Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirdi

Xəbər verildiyi kimi, koronavirus (COVİD-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir. Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasları da bu qaydada keçirilməkdədir. Komitənin martın 24-də, martın 31-də  və aprelin  14-də keçirilmiş iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Bəxtiyar Əliyev təqdim edib.

"Olaylar" a daxil olan məlumata görə, bu iclaslarda "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Hərbi qulluqçuların statusu haqqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Deputatlar bu məsələlərlə bağlı fikir mübadiləsi aparmış və öz təkliflərini veriblər. Müzakirəyə çıxarılmış qanun layihələri baxılmaq üçün MM-in müzakirəsinə tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31