Nazirlik ən çox verilən suallara aydınlıq gətirdi
14 Aprel 2020 14:02 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 maatlıq birdəfəlik ödəməni almaq üçün ən çox verilən suallara aydınlıq gətirib."Olaylar" həmin sualları və cavablarını təqdim edir:
- Həyat yoldaşım xarici vətəndaşdırsa, necə qeydiyyatdan keçməliyəm?
- Ər və ya arvaddan biri xarici vətəndaşlığı olan şəxsdirsə və onun müvəqqəti və ya daimi yaşama icazəsi varsa, qeydiyyatdan keçə bilər.
- Tələbənin işləməyən yoldaşı birdəfəlik ödəməni ala bilər?
- Ər və ya arvaddan biri ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alırsa və ona təqaüd ödənilmirsə, bu zaman müraciət edən ər və ya arvada birdəfəliködəmə təyin olunur.
- Müraciət zamanı həyat yoldaşımın FİN-i nə qədər vacibdir?
- FİN birdəfəlik ödəmə üçün müraciət zamanı ər və ya arvadın gəlirinin müəyyən edilməsi üçün tələb olunur.
- İşsiz şəxsin pay torpağı var, amma Dövlət Aktı atasının adınadır. Ayrı yaşayırlar. Bu halda həmin işsiz qeydiyyatdan keçə bilər?
- "Məşğulluq haqqında" Qanuna əsasən pay torpağı mülkiyyətçiləri məşğul şəxs hesab edildiyi üçün işsiz kimiq eydiyyata alına bilməz.
- Mən 1 il öncə işsiz kimi qeydiyyata düşmüşəm. Amma o zaman qeyd etdiyim mobil nörəmi indi istifadə eləmirəm. Mənə gələcək SMS barədənecə məlumat ala bilərəm?
- Telefon nömrəsi dəyişilisə bu barədə vətəndaş qeydiyyatda olduğu rayon (şəhər) Məşğulluq Mərkəzinə zəng edərək məlumat verməlidir.
- e-sosial.az portalında qeydiyyatdan keçmişəm. Mənə SMS nə vaxt gələcək?
- e.sosail.az portalında qeydiyyatdan keçdikdən sonra sizin məlumatlar "Məşğulluq" altsistemi üzərindən emal prosesinə daxil olir. Növbəlilik qaydasında aparılan prosesin nəticəsi barədə SMS göndərilir. Birdəfəlik ödəmə təyin olunduqda göndərilən SMS-də ödəməni haradan əldə edilməsi barədə məlumat verilir.
- Qeydiyyatdan keçərkən telefon nömrəmi təsadüfən səhv qeyd etmişəm. Bu halda nə etməliyəm?
- Qeydiyyatdan keçərkən telefon nömrəsinin düzgün göstərilməsi avcibdir. Telefon nömrəsi təsadüfən səhv qeyd edildiyi təqdirdə qeydiyyatda olduğunuz rayon Məşğullu Mərkəzinə zəng edərək hazırda aktiv istifadə etdiyiniz telefon nömrəsi barədə məlumatda dəqiqləşdirmə apara bilərsiniz.