İşəgötürənləri hansı halda cəza gözləyir?
14 Aprel 2020 12:30 SosialQanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cəzalar müəyyənləşir. "Olaylar" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 215.4 maddə əlavə təklif edilir. Belə ki, həmin inzibati hüquq pozmalarına görə vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin 6000 manatdan 8000 manatadək cərimələnməsi nəzərdə tutulur. Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31