Milli Məclisdən koronavirus ianəsi ilə bağlı açıqlama

Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. "Olaylar"ın məlumatına görə, Milli Məclisin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki,  parlamentin bütün deputatları, o cümlədən, Milli Məclis Aparatının işçiləri Koronavirusla Mübarizə Fonduna ianə ediblər. "Hətta bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin iclaslarının birində mətbuata və ictimaiyyətə məlumat verib. İanə kampaniyasında iştirak edənlərin siyahısı bizdə var. Hətta lazım gəlsə, Fonda ianə edənlərin siyahısını da təqdim edə bilərik",- deyə məlumatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31