Karantin rejimini pozan 18 687 nəfər cərimələnib
14 Aprel 2020 10:27 SosialKoronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13 aprel saat 00:00-dan 14 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ümumilikdə 1 aprel tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31