Daha iki küçədə yenidənqurma işləri aparılıb
10 Aprel 2020 13:58 SosialXətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqruma işləri Məzahir Rüstəmov küçəsində, həmçinin İngilab İsmayılov küçəsinin 1 km-lik hissəsində aparılaraq yekunlaşdırılıb.
Yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.
Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Layihə çərçivəsində küçə boyu xüsusi parkinq yerləri yaradılıb, avtobus dayanacaqları qurulub, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılıb.
Anoloji işlər İngilab İsmayılov küçəsinin təqribən 1 km-lik hissəsində də aparılıb, qalan hissədə isə davam etdirilir. Küçənin ümumi uzunluğu isə 2.9 km, eni isə ortalama təqribən 8 metr təşkil edir.
Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa edilir, kənarlarına yeni səki daşları düzülür.
İşlərin sonuncu mərhələsində Məzahir Rüstəmov küçəsində, həmçinin İnqilab ismayılov küçəsinin 1 km-lik hissəsində boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilib.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.