Bakıda 42 yaşlı kişi dezinfeksiya spirtindən öldü

Bakı sakini dezinfeksiyaedici məhluldan zəhərlənib. "Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Dmitriy Anatolyeviç Paxlov yaşadığı evdə etil spirti içib. Spirtdən zəhərlənən D.Paxlovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31