Millət vəkilindən daha bir xeyirxah təşəbbüs

Son günlər Azərbaycanın müxtəlif bölgələrində bəzi market sahibləri tərəfindən irəli sürülən humanist təşəbbüsün şahidi olduq. Biz də qısa zaman çərçivəsində "Deputat Qərargah"ında yaradılmış İşçi Qrupunun üzvləri ilə birgə operativ şəkildə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə əlaqəyə keçərək 10-dan çox market daxilində "Ehtiyacı olanlara öz payından pay ver" guşəsini yaratdıq". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə millət vəkili Könül Nrurullayeva çıxış edib. O, bildirib ki, ilk olaraq həmin güşələri lazımı ərzaq məhsulları ilə təmin etdik və bu estafeti davam etməyi xeyirxah insanlara ötürdük: "Bu kampaniya nəticəsində yaxın ətrafda yaşayan sakinlərin həftədə 1 dəfə olmaq şərtilə şəxsiyyət vəsiqəsini təqdim etməklə ehtiyacı olan ərzaq məhsullarını pulsuz götürmək imkanı olacaq".

Millət vəkili qeyd edib ki, bu çətin gündə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur: "İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırıram. Xalqımız hər zaman xeyirxahlığı, mərhəmətliliyi ilə seçilib və bu çətin dövrdə də bu xüsusiyyətlərini nümayiş etdirəcəyinə ümidvaram. "Ehtiyacı olanlara öz payından pay ver" aksiyasında iştirak edən Nizami rayon ərazisində yerləşən bütün marketlərə (aşağıda adları və ünvanları qeyd olunub) təşəkkürümüzü bildirir və digər marketləri də bu təşəbbüsə qoşulmağa dəvət edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31