Ağciyərlərin sağlamlığını necə qoruyaq? – Sadə tövsiyyələr
9 Aprel 2020 15:21 SosialKoronavirusun hədəf aldığı orqan həyati əhəmiyyət daşıyan ağciyərdir. Buna görə də ağciyərin sağlamlığına xüsusi fikir verməliyik.
Olaylar.az bildirir ki, ağciyərlərin sağlamlığını qorumaq üçün çox sadə tövsiyələrə əməl etmək lazımdır.
1. Düzgün qidalanın. Qidalanmanız tamdəyərli və sağlam olmalıdır. Ağciyərlər üçün xüsusilə xeyirli olan məhsullar bunlardır:
- kök. Beta-karotinlə zəngin olan kök ağciyərlərin toxumasını möhkəmləndirir.
- süd məhsulları. Bu məhsullar kalsiumla zəngindir. Kalsium isə ağciyərlərin normal fəaliyyəti üçün ən vacib olan maddələrdən biridir.
- sitrus meyvələri, itburnu. Bu məhsullar C vitamini ilə zəngindir. C vitamini immun sistemini möhkəmləndirir. Möhkəm immun sistem isə ağciyərləri ziyanlı mikroorqanizmlərdən qoruyur.
- çuğundur. Bu tərəvəz bronxları çox yaxşı təmizləyir. Məhz bu səbəbdən bronxit, pnevmoniya zamanı xalq təbabəti bal əlavə olunmuş çuğundur şirəsini içməyi tövsiyə edirlər.
- təbii kərə yağı və zeytun yağı. Ağciyərlərin normal fəaliyyətinə kömək edir.
- bal. Bu unikal məhsul ağciyərləri yaxşı təmizləyir və möhkəmləndirir.
- yemişan. Ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, selikdən təmizləyir.
- kahı.
- ananas. Tərkibində olan "bromelayn" fermenti ağciyərlərə antiseptik, iltihabəleyhinə təsir edir, vərəm çöpü ilə mübarizə aparır.
2. Çəkinizi normada saxlayın. Artıq çəki və piylənmə nəfəsalma sisteminin fəaliyyətini çətinləşdirir.
3. Ziyanlı maddələrdən mümkün qədər uzaq durun. Bu həm istehsalatda, həm də məişətdə istifadə olunan kimyəvi maddələrə aiddir. Qadınlar məişətdə istifadə olunan kimyəvi maddələri soda, sirkə, məişət sabunu kimi ziyansız vasitələrlə əvəz edə bilərlər.